Əsas məzmuna keç

Rusiyanın bu şəhərində qara yağış yağdı

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində baş verən yanğından sonra Permdə “qara yağış” yağıb.

Tezadlar.az bildirir ki, bu barədə Ostorojno, Novosti Telegram kanalı məlumat verib.

Bəzi rayonların sakinləri yağışdan sonra geyimdə, dəridə və avtomobillərdə qalan qara ləkələrin şəkillərini paylaşdılar.

Perm Hidrometeorologiya Mərkəzinin rəhbəri Pavel Smirnovun və Coğrafiya elmləri doktoru Andrey Şixovun sözlərinə görə, səmanın yanma məhsulları tərəfindən qaralması ehtimalı yüksəkdir, çünki “yanğınlardan çıxan hər şey şəhərə çəkilir”. “Əsasən, neft məhsullarından çıxan his səmaya buraxılır. Bunun nə qədərinin havada olduğunu və nə qədər zərərli olduğunu deməyə cəsarət etməzdim; ölçmələr aparılmalıdır”, – Şixov bildirib.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin dronunun Perm diyarındakı sənaye müəssisəsinə zərbə endirdiyi bildirilmişdi. Zərbədən sonra şəhərin səması qara tüstü ilə örtülmüşdü.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…