Ötən gün Sabirabadda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Tezadlar.az DİN- ə istinadla xəbər verir ki, “Hyundai” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü Rahim İbrahimov hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü Oktay Qasımov və sərnişinlər Kamal Qədirli, Mirəli Əskərov bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanılıb.
Yemə də sürücü naşılığı və diqqətsizliyi.







