“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov qəfil vəfat edib.
Tezadlar.az xəbər verir ki, 61 yaşlı funksioner dünyasını dəyişib.
Sadıq Sadıqovun prezident olduğu dövrdə “Neftçi” 3 dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb.
Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.







