Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Şahbuz rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qrumunun əməkdaşları hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd “RPQ-7” tipli tank əlehinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyənləşib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.







