Əsas məzmuna keç

Şahbuzda yol qəzası can aldı

Şahbuzda yol qəzası baş verib, ölən var.

Təzadlar.az xəbər verir ki, hadisə Şahbuz-Batabat magistralında baş verib.

Belə ki, “VAZ 21013” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…