Əsas məzmuna keç

Saratov vilayətində dron hücumu nəticəsində üç nəfər yaralanıb

İlkin məlumata görə, Saratov vilayətində dron hücumu nəticəsində üç nəfər yaralanıb. Bir neçə mülki əmlaka ziyan dəyib.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Roman Busargin özünün Telegram kanalında məlumat verib.

“Dron hücumu nəticəsində mülki əmlaka ziyan dəyib. Mütəxəssislər bütün daxil olan zənglərə dərhal cavab verirlər. Bütün müvafiq xidmətlər yerindədir. İlkin məlumata görə, üç nəfər yaralanıb. Onlara lazımi tibbi yardım göstərilir”, – deyə vilayət qubernatoru yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…