Əsas məzmuna keç

Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib

Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib.

Tezadlar.az-ın verdiyi məlumata görə, kənd ərazisindən axan çayda suyun səviyyəsinin artması çay üzərində olan keçidi dağıdıb. Nəticədə kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaranıb.

Hazırda kənddə elektrik enerjisinin verilişində də fasilələrin olduğu qeyd edilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…