Xarici düşmənləri başa düşürük… Bəs daxildə xalqa düşmənçilik edənlərin adı nədir? Özü də xalqı “ağ ölüm”lə üz- üzə qoyanların!
Budur, dünən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib. Bu barədə tezadlar.az- a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Məlum olur ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991 ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılıb. Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İndi hu “xalq düşmənlər”ini hansı cəza gözləyir, qoy elə özləri desin. Xarici düşmənlər bir nəfəri güllələyə bilər. Bunlar isə yüzlərlə insanı bədbəxt edib ailəsinin dağılmasına və onların həbsə düşməsinə bais olacaqdılar…
A.Məmmədli