Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bölgəmizdəki son hadisələr fonunda Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini artırmaq məqsədi daşıyan mərhələli planlaşdırma çərçivəsində bu gündən etibarən Şimali Kipr Türk Respublikasına 6 F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib”, – Milli Müdafiə Nazirliyi elan edib.
Tezadlar.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi bölgədəki son hadisələrə cavab olaraq Şimali Kiprə 6 F-16 qırıcı təyyarəsinin yerləşdirildiyini açıqlayıb.
Nazirliyin sosial media hesabında dərc olunan açıqlamada aşağıdakılar yer alıb:
“Bölgəmizdəki son hadisələr fonunda Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini artırmaq məqsədi daşıyan mərhələli planlaşdırma çərçivəsində bu gündən etibarən Şimali Kipr Türk Respublikasına 6 F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib. Hadisələrə əsaslanan qiymətləndirmələrdən sonra zəruri hesab edilərsə, əlavə tədbirlər görülməyə davam edəcək”.
E.ŞİRİNOV