Filippinlərin cənubundakı Mindanao bölgəsində 7,8 bal gücündə zəlzələ baş verib.
Tezadlar.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, episentr Burias adasından 24 kilometr cənub-qərbdə yerləşib.
USGS zəlzələnin 35 kilometr dərinlikdə baş verdiyini bildirib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) zəlzələnin 8,2 bal gücündə olduğunu bildirib.
Zəlzələdən sonra bölgədə və ətraf ərazilərdə qabarma-çəkilmə riski ilə bağlı xəbərdarlıqlar edilib.
Zəlzələ və vulkan püskürmələri zonası olan “Sakit Od Halqası”nda yerləşən Filippində genişmiqyaslı zəlzələlər tez-tez baş verir.
E.ŞİRİNOV







