10 Mart 2026 / 16:24

SON DƏQİQƏ: Tehranda ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin qurbanları artmaqdadır. Tehran Təcili Yardım İdarəsinin rəis müavini Mehr Soruş müharibənin başlanğıcından bəri təkcə paytaxt Tehranda ən azı 460 nəfərin öldüyünü və 4309 nəfərin yaralandığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, “İRİB News” ictimai yayımçısına danışan Soruş 28 fevraldan bəri paytaxtdakı 18 təcili yardım maşını və 18 təcili tibbi yardım məntəqəsinin zədələndiyini və istifadəyə yararsız hala düşdüyünü bildirib.

Bu vəziyyətin yaralıların müalicəsi və səhiyyə xidmətlərinin göstərilməsi prosesinə ciddi şəkildə mane olduğu deyilir.

Hücumların təsiri yalnız paytaxtla məhdudlaşmayıb.

Ölkə daxilindəki məlumatlara görə, hücumlarda ölənlərin ümumi sayı 1200-ü keçib, yaralıların sayı isə 10.000-i keçib.

Enerji infrastrukturunu və mülki yaşayış məntəqələrində strateji nöqtələri hədəf alan hava əməliyyatlarının yaratdığı dağıntıların itkilərin artmasında ən böyük amil olduğu vurğulanır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!