Əsas məzmuna keç

Stavros Florosdan şok təzminat tələbi

“Survivor Greece” ulduzu Stavros Floros realiti-şounun prodüserlərini məhkəməyə verib.

Tezadlar.az xəbər verir ki, Stavrosun iddiasına görə, verilişin bütün formatı iştirakçıların açıq sularda nizə ilə balıq ovlamasını tələb edirdi. Çəkilişlərin aparıldığı ərazidə isə suların turist qayıqları tərəfindən intensiv istifadə edildiyini bildirib.

Çəkiliş zamanı baş verən qəza nəticəsində onun sol ayağı dizdən yuxarı hissədən amputasiya olunub. Floros hadisə ilə bağlı 100 milyon dollardan çox təzminat tələb edir.

Xatırladaq ki, məşhur reality-şounun Yunanıstan versiyasında iştirak edən Stavros 11 may 2026-cı ildə çəkiliş zamanı yemək üçün nizə ilə balıq ovlayarkən turist qayığının pervanəsinin zərbəsinə məruz qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…