Əsas məzmuna keç

Su polisi əməliyyat keçirib

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə-dövlət qoruqlarında, su hövzələrində qanunsuz balıq, quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.

Tezadlar.az   xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aparılan növbəti nəzarət-profilaktik tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Elnur Xəlilov saxlanılıb. Ondan qanunsuz ovladığı 32 ədəd balıq, ov qurğuları və qayıq aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…