Dünən axşam saatlarında Sumqayıtda dənizdə 3 nəfərin batdığı barədə məlumat verildi… İlkin məlumata görə, onlardan birinin meyiti sudan çıxarılıb, digər iki nəfərin axtarışları isə davam etdirilir. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub. Hadisə ilə bağlı əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.
Maraqlıdır, üzə bilmirsənsə, niyə dənizlə zarafat edirsən, yox, üzə bilirsənsə, bəs niyə batırsan suda? Demək, ortada dənizlə adam arasında nəsə bir anlaşılmazlıq var…
SƏBUHİ







