Əsas məzmuna keç

Sumqayıtda quldurluq edən yaxalandı

Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.

Bu barədə Tezadlar.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.

Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.

Araşdırma aparılır.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…