Əsas məzmuna keç

Sumqayıtdakı partlayışda yanıq xəsarətləri alan 28 yaşlı oğlanın hazırkı vəziyyəti açıqlanıb

Sumqayıtda baş verən partlayış səbəbilə 07.05.2025-ci il tarixində saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı məlumat verib.

O bildirib ki, başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.

“Pasiyent iltizamnamə əsasında ambulator müalicə üçün evə buraxılıb”- deyə o əlavə edib.

Qeyd edək ki, Sumqayıtda yerləşən emalatxanalardan birində partlayış baş verib və bir nəfər xəsarət alıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…