1 İyul 2026 / 20:06

TƏBİB: İddialar həqiqəti əks etdirmir

Məsələ ilə bağlı Təbib-in sorğumuza cavabını təqdim edirik:

Videoda görünən görüntülər həqiqəti əks etdirmir. Videodakı Nəsirov Bəhruz Mühafizə bölməsinin işçisi olaraq Nizami Tibb Mərkəzində fəaliyyət göstərir.

Əmək fəaliyyətində göstərdiyi nöqsanlara görə bir neçə dəfə irad bildirilib.

Görününən görüntülərdən də göründüyü kimi Bəhruz Nəsirova heç bir təzyiq göstərilmir və göstərilməyib, işdən çıxarılması haqqında ərizə tələbi və qeyd etdiyi digər nüanslar olmayıb.

xxx

Nizami Tibb Mərkəzinin əməkdaşı olduğunu bildirən Bəhruz Nəsirov iş yerində fiziki zorakılığa məruz qaldığını iddia edib.

Tezadlar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan videolarından narazı qalan şöbə müdiri Samir Məmmədov növbəti video çəkilişi zamanı onu döyüb və mobil telefonunu əlindən alıb.

Qeyd edək ki, Bəhruz Nəsirov bir müddət əvvəl də işdən çıxarılması üçün ərizə yazmağa məcbur edildiyini iddia edib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!