Əsas məzmuna keç

TƏCİLİ: BÖYÜK BRİTANİYA VƏTƏNDAŞLARINA TƏCİLİ TEHRANI TƏRK ETMƏYİ TAPŞIRDI!

İran ətrafında narahatlıqlar artır… Fransanın ardınca Böyük Britaniya bu gün İrandakı diplomatik heyətini təhlükəsizlik səbəbi ilə təxliyə edib. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda təxliyənin müvəqqəti xarakter daşıdığı bildirilib.  Eləcə də, Britaniya XİN ölkə vətəndaşlarının da İrana səfərdən çəkinməyə çağırıb.

Qeyd olunub ki, bu addım Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün atılıb. O da bəllidir kiş ABŞ- İran danışıqları hələki səmərəsiz müstəvidədir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…