Azərbaycanın Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah tərəfindən aramənilərə 1441-ci ildə hədiyyə edilmiş Eçmiədzin.
(Üç müəzzin)
BAKI – 2019-ci il
Dəyərli oxucu! Bu kitabçada göstərilən faktlara diqqət yetir! Mənsub olduğun xalqın, millət səviyyəsinə ucalmağa çalışan türkdilli azəri xalqının taleyində baş verən faciələrə laqeyd qalma! Yatmış azəri xalqını qəflət yuxusundan oyatmaq qisməti Sənin üzərinə düşüb! Gəlin elə yaşayaq ki, gələcəkdə övladlarımız Vətənimiz Azərbaycanın sevgisi ilə yaşasınlar və bizləri laqeydliyə görə qınaq hədəfinə çevirməsinlər! Amin!
(Əvvəli 24 fevral 2025-ci il tarixli buraxılışda)
“Erməni” tayfasının adına frako-friqiya tayfalarının siyahısında da rast gəlinmir. Bu bir daha sübut edir ki, “erməni” etnosunun adı ayrıca bir mono-tayfanın adı olmayıb, əksinə Araməni dağının vadisində məskunlaşmış müxtəlif tayfaların birləşməsindən yaranmış yığımlı, ümumi bir addır.
Rus qafqazşünası V.E.Veliçko XX əsrin əvvəllərində apardığı tədqiqatların nəticəsinə görə yazırdı: «…“erməni”lərin mənşəyi məlum deyil!».
Akademik V.Qeorgiyev də Araməni tayfalarının vaxtilə Balkanlarda yunanlarla bir ərazidə yaşadıqlarını bildirir. Belə ki, müasir “erməni”lərin leksikonunda yunan sözləri mövcuddur ki, bu da Araməni tayfalarının Kiçik Asiyaya məhz Balkanlardan gəldiklərinə əyani sübutlardan biridir.
Yunan tarixçisi Ksenofon (e.ə. 400 il) Anadolu yarımadasına səyahət edərkən “erməni” mənşəli tarixçilər tərəfindən sonralar «Böyük Ermənistan» adlandırılan ərazinin əhalisinin türkdilli olduğunu bildirir.
Erməni alimi Patkanov bildirir ki, «Erməniyyə» adı dövlət adı deyil, məhz coğrafi məkanın adıdır.
Herodot özünün «Tarix» əsərində yazırdı: «…fars çarı Kserks (e.ə. 485-465-ci illər) Yunanıstana qarşı hərbi yürüş edərkən (e.ə. 480-ci il) artıq aramənilər adlanan tayfaların başçıları Kserksə bu yürüşdə öz hərbi köməklərini təklif ediblər. Əvəzində isə qalibiyyətli müharibədən sonra Kserksdən vaxtilə yunanlar tərəfindən sıxışdırılaraq qovulduqları ərazidə (Frakiyada) onlara özlərinin dövlətlərini yaratmaqda yardım göstərilməsini istəyiblər. Danışıqlar qarşılıqlı razılaşma ilə bitib.
Ertəsi günü Kserks döyüş yürüşünə əmr vermək istərkən öz ordusunun sıralarında yunan hərbi libasında olan araməniləri görüb. Beləliklə, yunanlar tərəfindən Yunanıstanın şərq və şimal-şərq ərazilərindən qovulmuş bu tayfalar Yunanıstana qarşı hərbi yürüşə hazırlaşan fars çarı Kserksə hərbi yardım göstərmək istəmələri qovulduqlarına görə yunanlardan qisas almaq məqsədi daşıyırdı. Yunanlar qovduqları bu tayfalardan olanları «şikli» – yəni it, köpək, dinsiz adlandırırdılar».
Araməni tayfa başçıları fars çarı Kserksə təkcə tayfa üzvlərinin hesabına onun döyüşçülərinin sayını artıracaqlarına deyil həmçinin müharibənin uğurla aparılması baxımından Yunanıstanın fars sərkərdələrinə kifayət qədər məlum olmayan coğrafi məkanında bələdçilik edəcəkləri barədə öhdəlik də götürmüşdülər.
Fars-Yunan müharibəsi (b.e.ə. 480 il) zamanı Sparta çarı Leonid özünün 300 spartalı döyüşçüsünə dəstək verən ətraf bölgələrdən 7200 nəfər döyüşçü də cəlb edərək farsların aramsız hücumlarını uğurla növbəli əks-hücumlarla dəf edirdi. Fermopildə apardığı döyüşlərdə heç bir uğur qazana bilməyən fars çarı Kserks qəzəbindən özünə yer tapa bilmirdi. Tarixi mənbələrə istinadən göstərilir ki («История древней Греции» М. 1972, раздел III, стр. 163), b.e.ə. 480-cı ilin yay aylarının sonunda döyüşlərin ikinci gününün axırında çar Kserksə bir nəfər fessaliyalı yaxınlaşaraq müvafiq mükafat əvəzində spartalı döyüşçülərin arxasına çıxan gizli dağ keçidinin olduğu barədə məlumat verir.
Lakin, apardığımız müvafiq araşdırmaların nəticəsinə görə ehtimal olunur ki, dəniz sahilində yerləşən Fermopilin dağ vadisinin ərazisində Kserksin hərbi qüvvələrinə qarşı qəhrəmanlıqla döyüşən 300 spartalı döyüşçüsünü məhv etmək üçün gizli dağ keçidinin yolunu göstərən məhz vaxtilə bu ərazidə yaşamış və yunanlar tərəfindən sıxışdırılaraq qovulmuş sonralar məskunlaşdıqları coğrafi məkanın adı ilə aramənilər adlandırılan tayfalardan olan şəxslər olmuşlar.
Xatırlayaq ki, fars çarı Kserks Yunanıstana qarşı hərbi yürüşə başlayan ərəfədə onun qarşısına yunan hərbi döyüş libasında olan aramənilər çıxmışlar və qovulduqları Yunanıstan ərazisində onlara dövlət yaratmalarına kömək edəcəyi təqdirdə çar Kserksə bu müharibədə hər cür yardım edəcəklərini bildirmişdilər. Araməni tayfa başçıları fars çarı Kserkslə əldə olunmuş bu razılaşmaya əsaslanaraq araməni tayfalarından olan bir neçə nəfər tayfa başçılarının bir başa göstərişi ilə döyüşlərin aparıldığı ərazinin coğprafi məkanına kifayət qədər bələd olmayan fars döyüşçülərinə bələdçilik edərək işğalçılara qəhrəmanlıqla müqavimət göstərən 300 spartalının döyüşdüyü ərazinin arxasına çıxan gizli dağ keçidini göstərmişlər.
Nəticədə bu gizli dağ keçidi vasitəsilə 300 spartalının arxasına keçən fars döyüşçüləri mühasirəyə düşərək qeyri-bərabər döyüşə məruz qalan 300 spartalanı məhv etmişlər.
Demək, məntiqə görə müasir “erməni”lərin tarixi qan düşmənləri türklər yox, yunanlardır!
XVII əsrdə Osmanlı imperiyasına səyahət etmiş, 1584-cü ildə Qərbi Ukraynada anadan olmuş əslən “erməni” mənşəli olan Simeon Lexasi də bunu təsdiq edir. O, özünün «Yol qeydləri» adlı əsərində yazır: «…“erməni”lərin qan düşmənləri yunanlardır. Onlar “Erməni çarlığı”nı məhv etmişlər. Bilmirəm nə səbəbə görə yunanların biz “erməni”ləri görən gözləri yoxdur?!». (Qeyd edək ki, S.Lexasinin dövründə Yunanıstandan qovulmuş ayrı-ayrı tayfaların adları artıq ümumiləşdirilmiş ad ilə “erməni” deyə adlanıblar).
Simeon Lexasinin sözlərindən aydın olur ki, adı çəkilən, tarixi məlum olmayan «Erməni çarlığı»nın Cənubi Qafqaza heç bir aidiyyəti yoxdur.
XX əsrin əvvəllərində “erməni”şünaslığın korifeyi sayılan N.Adons yazırdı: «…qədim Misirin yazılı abidələrində göstərildiyi kimi e.ə. VII əsrdə Balkanlarda, Frakiyada mövcud olan tayfalardan biri olan kimmerlər digər tayfalarla təmasda olaraq onları özləri ilə birlikdə Kiçik Asiyaya gətiriblər. Məhz bu yol ilə kimmerlərlə yol yoldaşlığı edən tayfalar Kiçik Asiyanın ərazisi olan Friqiyaya gəlib çıxmışlar. Herodotun bildirdiyinə görə Friqiya digər tarixi ərazi olan Kappadokiya ilə həmsərhəd idi və müasir “erməni”lərin əcdadlarından olan tayfalar Ara məni dağlarının Kilikiyadan ayıran ərazisində məskunlaşmışdılar. Herodot xüsusilə qeyd edirdi ki, Ara məni dağlarının vadisində məskunlaşmış tayfalar Qərbdən gəlmə tayfalar idilər».
“Erməni”lərin Şərq ölkələrinə miqrasiya prosesi xüsusilə monqol-tatarların və türkmən tayfalarının hərbi yürüşlərindən sonra XII-XVIII əsrlərdə daha da intensivləşdi. “Erməni”lər bir başa Rusiyanın cənub sərhədlərinə qədər gəlib çıxmışdılar. Hətta qərbi Ukraynada artıq 30 “erməni” kəndi mövcud idi. Bu fakt etnik tərkibində xeyli qaraçı etnosu olduğu araməni tayfalarının mal-qarasız bir yad ərazidən digər yad əraziyə köçmək təcrübəsinə malik olduğunu və bu cəhətdən elə bir çətinlik çəkmədiklərini sübut edir, çünki bu onların sadəcə olaraq həyat tərzləri idi.
Özlərini «erməni» adlandıran şəxslər vahid «erməni» etnosuna mənsub deyillər. Çünki Balkanlardan Kiçik Asiyaya miqrasiya edən tayfalar arasında belə bir adlı tayfa olmayıb. Hətta bir çox müasir “erməni” ziyalısı aramənilərin digər tayfaları assimilyasiyaya uğratmaq qabiliyyətindən danışaraq (XIX əsrin 50-ci illəri) aramənilər içərisində assimilyasiya olunmuş faiz hesabı ilə xeyli sayda qaraçı tayfalarının da olduğunu bildirirlər.
Aramənilərin Cənubi Qafqaz məkanına ilk köçü b.e. VII-VIII əsrlərində Sasani-Bizans və Ərəb-Bizans müharibələri zamanı başlanmışdır. Aramənilərin Cənubi Qafqaza köçürülməsi yüz illərlə davam edən çoxmərhələli bir proses olmuşdur. Bu proses müxtəlif ad ilə XX əsrin əvvəllərinədək davam etmişdir.
Azərbaycan ərazisinə gəlmiş aramənilər de-fakto «erməni-qriqorian yepiskopluğu»nun (Eçmiədzinin) maliyyə yardımı ilə Azərbaycanın irsi torpaqlarını yerli mülkədarlardan satın almağa başlamışdılar. Bu alqı-satqı əməliyyatı ilk olaraq 1674-cü ildə Ordubaddan başlamışdı.
Yunanlar tərəfindən qovulmuş tayfalar Kiçik Asiyaya miqrasiya edərək ətrafda yaşayan tayfaların ərazilərində vərdişlərinə uyğun olaraq etdikləri oğurluq və qəraətə görə yerli tayfaların silahlı dəstələri tərəfindən cəzalanacaqlarından ehtiyatlanaraq müdafiə olunmalarını asanlaşdırmaq və təminatlı etmək baxımından məhz dağlıq ərazi – Böyük Ara məni sıra dağlarının ərazisində məskunlaşmağa üstünlük vermişlər. Özlərini «erməni» adlandıran aramənilərin bu baxımdan dağlıq ərazilərdə məskunlaşmaları meyli artıq adət halına çevrilmişdir. Müasir Azərbaycanın ayrılmaz ərazisi olan Qarabağ torpaqlarının məhz dağlıq hissəsində məskunlaşmaq meyli heç də təsadüfi deyildir.
Erməni mənşəli tarixçilər Araməni adını özlərinə xas məkrli niyyətlərinə uyğun olaraq saxtalaşdıraraq tarixdə mövcud olmayan, yalnız erməni-qriqorian kilsə xadimlərinin xəstə təxayüllərinin məhsulu olan «Böyük Ermənistan» dövlətinin nə vaxt isə mövcudluğunu «əsaslandırmaq» üçün bu coğrafi məkanın adını zaman-zaman təhrif edərək əvvəlcə «Arime», sonralar isə daha uzağa gedərək riyakarlıqla «Arimeniya» adlandırmağa başlamışlar. Bu ad rus çarizminin təkidi ilə yalnız XIX əsrin sonlarında 1890-cı ildə Leypsikdə çap olunmuş. «Böyük Atlas» coğrafiya xəritəsində öz əksini tapmışdır.
Bu tarixə qədər isə çap olunan dünyanın siyasi və coğrafiya xəritələrinin heç birində belə adlı dövlət qeydə alınmamışdır.
(Ardı var)
NURMƏHƏMMƏD AZƏRİ
(Xüsusi olaraq “Təzadlar” üçün)