Təkzibolunmaz həqiqət: özlərini «erməni» adlandıran aramənilər!-3-CÜ YAZI

Oxunma sayı: 46

(Əvvəli ötən buraxılışda)

Qeyd edək ki, Genrix Kiperin (1818-1899) tərtib etdiyi və «Böyük Atlas» çap olunan tarixədək Berlində nəşr edilmiş coğrafiya xəritəsində «Ermənistan» adı ümumiyyətlə yoxdur.   

Frakiya tayfalarından biri olan friqlər yüz illər boyu yunanlar tərəfindən sıxışdırılaraq tədricən Kiçik Asiyaya köçmüş tayfaların birincilərindən olmuşdur. Onlar hətta özlərinin belə desək, Friqiya adlı dövlətlərini də yaratmışlar. Bu tayfanın müasir “erməni”lər ilə linqvistik, fonetik və morfoloji baxımdan oxşarlığı müasir tədqiqatçılarda təəccüb doğurub.

Friq tayfasının Kiçik Asiyadakı mövcud olan qədim kurqanlarında aparılan arxeoloji qazıntı işləri zamanı tapılan maddi-mədəniyyət abidələrinin oxşarlığı bu tayfaların da araməni tayfaları ilə əsrlər boyu sıx təmasda olduqlarını sübut edir.

Etnik tərkibi çoxsaylı müxtəlif tayfalardan ibarət olan “erməni” xalqı heç vaxt Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqazda aborigen (yerli) əhali olmamışdır. Bir çox amillərə görə də “erməni”lər Cənubi Qafqazın yerli əhalisi ola bilməzdilər. Məsələn, bir çox yüzilliklər ərzində «erməni-qriqorian yepiskopluğu»nun öz yerini dəfələrlə dəyişməsi izah olunmazdır. Dvinadan, Armonka, Axtomardan Sebastiyaya, sonra isə Aniyə – yəni Cənubi Qafqaz sərhədlərindən kənarda yerləşən sərhədlərə köçürülmüşdür. Yalnız son mərhələdə «erməni-qriqorian yepiskopluğu» Azərbaycanın qərb ərazisində yerləşən və 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şah (1438-1467) tərəfindən “erməni”lərə hədiyyə edilmiş Üç müəzzində məskunlaşıb.

Qaraqoyunlu şahının bu addımı xristian dünyasında özünə hörmət qazanmaq məqsədi daşıyırdı. Lakin, erməni-qriqorian yepiskopluğuna edilən bu əvəzsiz yaxşılığın əvəzi tamam əksinə oldu. Üç müəzzinin adını dəyişərək Eçmiədzin adlandıran və artıq özünə dayaq nöqtəsi əldə etmiş erməni-qriqorian yepiskopluğu İslam dininə qarşı münasibətdə mövcud olan Qərb-Şərq qarşıdurmasında (Qərb dövlətlərinin Şərq ölkələrinə qarşı XI-XIV əsrlərdə xaç yürüşlərini xatırlayın) bir vassal kimi Qərb dünyasına mənsub olduğunu nümayiş etdirərək Qaraqoyunlu dövlətinə qarşı antimüsəlman təbliğatı aparmağa başladı.

“Erməni”lər Zəngəzura, Yuxarı Qarabağa və Azərbaycanın digər bölgələrinə müxtəlif ölkələrdən (xüsusilə kiçik Asiyadan) müəyyən zamanlarda isə çar Rusiyasının birbaşa himayəsi ilə köçüb gəlmişlər.

“Erməni”şünas tarixçilərin bildirdikləri kimi, “erməni”lərin əcdadlarının (aramənilərin) hürritlərin, xettlərin, urartların, luviyalıların, friqlərin ərazilərinə daxil olaraq buralarda da məskunlaşmaları sübuta yetirilmişdir. Tarixçilərin apardıqları müvafiq araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, “erməni” etnosu e.ə. II-ci minilliyin sonu, I-ci minilliyin əvvəllərində (təxminən, e.ə. IX-VII əsrlər) Kiçik Asiyanın şərqində yaşayan müxtəlif tayfaların qarışığından yaranmışdır.

Lakin, qəribə burasıdır ki, bir çox “erməni” mənşəli “erməni”şünas tarixçilər “erməni” xalqının tarixi haqqında əsərlər yazanda bu xalqın tarixini qədimləşdirməyə çalışırlar. Belə ki, 1951-ci ildə Yerevanda rus dilində nəşr edilmiş «“Erməni” xalqının tarixi» kitabında “erməni” xalqının formalaşması tarixinin e.ə. VII-V əsrlərə aid olduğu iddia edilir. Hər bir halda “erməni” etnosunun formalaşması prosesinin cənubi Qafqaza yox, Kiçik Asiyanın şərq hissəsində yerləşən dağlıq əraziyə aid olduğu göstərilir. Qeyd edək ki, öz qadınlarını köçüb gələrək məskunlaşdıqları ərazinin yerli tayfalarından olan kişilərin ixtiyarına vermək “erməni” etnosuna xas olan cəhətdir, «fahişəlik sənətini» də ilk olaraq “erməni” qadınları yaratmışlar. “Erməni” qadınları dünyaya gətirdikləri və atasının kimliyindən çox vaxt xəbəri olmayan körpəni “erməni” etnosuna xas adət-ənənə ilə tərbiyə edərək boya-başa çatdırırlar.

Beləliklə, anası “erməni” olan şəxslər “erməni” dünyagörüşlü nihilist şəxslər kimi böyüyürlər.

“Erməni”lərin yaşayış tərzlərinə, adət-ənənələrinə xarici təsirlərdən danışan M.Abeqyan urartululardan daha çox fars mədəniyyətinin bu amilə təsir göstərdiyini bildirir. Əsasən bu təsir özünü “erməni” dilində büruzə verir. Bu təsir parfan dövründən (e.ə. III əsr və b.e. III əsri) başlayıb. “Erməni” dilində tamamilə “erməni”ləşmiş fars sözləri o qədər çoxdur ki, hətta bir vaxt “erməni” dilinin hind-avropa dillərinin İran qanadına aid olduğu güman edilirdi. Şəxs adlarının təxminən 800-nün kökü fars dilindən götürüldüyü dəqiqləşdirilib. Bundan əlavə həyatın və mədəniyyətin müxtəlif sahələrində: hərbi sənətdə, sosial həyatda, sənətkarlıqda, ticarətdə, din sahəsində, bitki aləmində və s. fars dilindən istifadə olunduğu özünü göstərir. “Erməni”lərin adət-ənənələrinə fars və Midiya mədəniyyətlərinin çox böyük təsiri olduğunu və nüfuz etdiyini hələ e.ə. I əsrdə Strabon özünün «Coğrafiya» əsərində qeyd etmişdi.

Yeri gəlmişkən burada fars mənşəli “erməni” adlarının göstərilməsi maraqlı olar: Arsaq, Trdat, Tiqran, Vardan, Artavand, Artaşeş, Karen, Nerses, Suren, Anuş və s.

M.Abeqyan qeyd edir ki, «…“erməni” Allahlarının böyük hissəsinin adı fars mənşəlidir: Aramaza, Mixr, Tir farslardan “erməni”lərə çoxsaylı inanclar da keçmişdir ki, bizim xalqın adətlərində indiyədək yaşamaqdadır. «Erməni-qriqorian»larda ali xristian Allahının adı Zərdüşt leksikonundan götürülüb: “erməni”cə Astvas (Allah) zərdüştlərin Asvat sözü ilə eynidir».

M.Abeqyanın fikrincə «“erməni”lər suriyalılardan da çox şey öyrəniblər». Suriya dili fars dilinə nisbətən az da olsa “erməni” dilinin inkişafına müəyyən qədər müsbət təsir göstərmişdir. Müasir “erməni” dilində qədim dövrlərdən tam “erməni”ləşmiş çoxsaylı suriya sözləri mövcuddur.

Görkəmli rus şərqşünası M.V.Piqulevskaya suriyalıları «“erməni”lərin müəllimi» adlandırmışdır.

İndiyədək “erməni”lərin hələ də istifadə etdikləri 200 köklü suriya sözü vardır. “Erməni”lərin suriyalılar ilə yaxın təmasda olmaları “erməni” əlifbasının yaradılmasında da böyük rol oynamışdır. “Erməni”lərin digər mədəni xalqlardan da yazı üslubunun mənimsənilməsi sübut olunub. Belə ki, müasir “erməni” əlifbası əsasən semit əlifbası olmaqla həbəş əlifbasının eynidir. “Erməni”lər digər xalqların mədəniyyətlərindən və adət-ənənələrindən də bəhrələniblər.

«“Erməni”lərin adət-ənənələri midiyalıların adət-ənənələrinin oxşarıdır. Lakin, bu adət-ənənələrin yaradıcıları midiyalılardır!» – deyə Strabon bildirir.

“Erməni” dili ilə friq dilinin genetik qohumluğu vardır. Friq tayfasının e.ə. II minillikdə şimali Fessaliyada sonralar aramənilər adlanan tayfaları ilə bir ərazidə yaşamaları məlumdur. Çox güman ki, Balkan tayfalarından Kiçik Asiyaya ilk miqrasiya edən friq tayfası olmuşdur. Sonra gələn tayfalar isə friqləri Kiçik Asiyanın mərkəzinə doğru sıxışdırıblar. Balkanlardan friqlər ilə birlikdə Kiçik Asiyaya aramənilərin əcdadları olan digər tayfalar da miqrasiya etmişlər.

Qərbi Avropa “erməni”şünaslarının araşdırmaları nəticəsində müəyyən edilib ki, friqlərin və aramənilərin danışıq dillərində oxşarlıq çoxdur.

Strabonun, sonralar isə Herodotun və Yevdoksiyinin bildiklərinə görə aramənilər frako-friqiyalıların bir qoludur. Danışıqları friq dilinə yaxındır.

Ümumiyyətlə müasir “erməni” dili bir çox qədim fayfaların dillərinin hürrit-urartu və xett-luvi, friq, suriya-fars dillərinin qarışığından yaranmış bir hibrit dildir.

Xalqlar köçünün ən intensiv və kütləvi köçü e.ə. VIII-VII əsrlərdə kimmer və skif tayfalarının hərbi yürüşləri dövrünə təsadüf edir. Bu dövrdə xalqların Kiçik və Yaxın Asiya ərazilərinə köçü o qədər kütləvi olub ki, qədim dünya tarixində özünəməxsus rol oynamış Assuriya, Urartu, Midiya, Lidiya və Friqiya dövlətləri bir dövlət kimi yer üzündən silinmişlər.

“Erməni” etnosunun bir qanadı da e.ə. yunanların şərq ölkələrinə hərbi yürüşləri zamanı yunan əsgərlərinin fars qızları ilə ailə-nigah münasibətləri nəticəsində meydana gələn tayfadır. Yunan əsgərləri gələcəkdə bu ölkənin ərazisində özlərinə arxa ola biləcək əhalinin (faktiki olaraq 5-ci kolonnanın) yaradılması üçün uzun illər boyu həyata keçirdikləri belə bir tədbirə əl atmışlar. Lakin, yüz illər keçdikdən sonra yeni yaranmış nəsil (nə yunan, nə də fars olmayan) özünü müstəqil bir tayfa kimi dəyərləndirərək öz icmalarını yaratmaq istəyi ilə ərazi iddiası ilə çıxış etməklə miqrasiya nəticəsində Ara məni dağları vadisində artıq tam məskunlaşmış və həyat tərzlərinə görə oxşar olan tayfalarla birləşmişlər.

Artıq formalaşaraq “erməni” (keçmiş araməni) adlanan bu çoxsaylı tayfanın dili hibrid dil olmaqla hind-avropa dilləri qrupuna daxil idi. Dini inancları isə xristian dininə oxşar olan «erməni-qriqorian» dini kimi dəyərləndirilirdi. Bu dini inamı Vatikan qəbul etmir və Allah təlimini təhrif edən bir inam kimi qiymətləndirir.

Böyük Ara məni sıra dağları vadisində məskunlaşmış tayfaların qarışığından meydana gəlmiş “erməni” adlı yeni etnos yunanların «5-ci kolonna» yaratmaq siyasətlərindən daha məharətlə və özlərinə məxsus hiyləgərliklə həyata keçirməyə başladılar. Belə ki, məskunlaşmaqla ərazi zəbt etmək xəstəliyinə tutulmuş «erməni etnosu» yunanlar kimi öz oğlanlarını digər tayfalardan olan qızlar ilə ailə qurmaq yox, əksinə öz qızlarına digər tayfalardan olan oğlanlar ilə ailə qurmaq və dünyaya gətirdikləri övladlarını “erməni” nihilist ruhlu kimi tərbiyə etmələri tövsiyə olunurdu. Bu sahədə «erməni-qriqorian kilsəsi»nin rolu əvəz olunmazdır.

Qeyd etmək lazımdır ki, Kiçik Asiyanın ərəblər tərəfindən işğalı “erməni” tayfası üçün pozitiv şərait yaratdı. Ərəb xilafəti işğal edilmiş ərazilərdə yunanların təcrübəsindən istifadə edərək işğal etdiyi ərazilərdə özünə sosial dayaq («5-ci kolonna») axtarırdı. Məhz bu baxımdan xilafət “erməni”lərin özlərindən güclüyə nökərçilik etmək xasiyyətlərini nəzərə alaraq onlara xilafətin mənafeyi baxımından güzəştli münasibət bəsləyirdi.

“Erməni”lər ərəb istilası zamanı (VII-VIII əsrlər) yaranmış siyasi şəraitdən daim öz məqsədləri üçün istifadə etmişlər.

704-cü ildə Alban katolikosluğu «erməni-qriqorian yepiskopluğu» ilə birlikdə dini baxımdan özlərinə yaxın olan Bizans imperiyası ilə işğalçı ərəb xilafətinə qarşı birgə mübarizə aparmaq baxımından gizli ittifaq yaradılması haqqında danışıqlar aparırlar. Özünün təşəbbüskarı və iştirakçısı olduğu bu danışıqlar barədə «erməni-qriqorian kilsəsi»nin yepiskopu İlya satqınlıq edərək (bu fakt Simeon Lexasinin «bilmirəm niyə yunanların biz«erməni»-ləri görən gözləri yoxdur ? – sualına əyani cavabdır !») ərəb xəlifəsi Əbd əl-Maliki Öməyyəni (685-705-ci illər) məlumatlandırır. Məhz bu məlumata əsaslanaraq xəlifə əl-Maliki Öməyyə özünün müvafiq fərmanı ilə Alban katolikosluğunun statusunu ləğv etdirərək bu katolikosluğu «erməni-qriqorian yepiskopluğu»na tabe etdirir.

Beləliklə, «erməni-qriqorian yepiskopluğu» satqınlığına görə özünü islam dininin daşıyıcısı və təbliğatçısı kimi təqdim edən ərəb xilafəti tərəfindən faktiki olaraq katolikosluq statusu alır. Alban katolikosu Nerses Bakuranın alban dilində, alban əlifbası ilə yazılmış alban tarixinə dair nadir kitab nüsxələri ilə zəngin kitabxanası ərəblərin dəstəyi ilə “erməni” keşişləri tərəfindən yandırılaraq məhv edilir.

Alban katolikosu Hakiq «Alban tarixi» kitabını yazmağa başlayarkən qeyd etmişdi ki, albanlar xristianlığı “erməni”lərdən təxminən 270 il əvvəl qəbul etmişlər. Lakin, ərəb xilafətinin dəstəyi ilə alban katolikosluğunun nüfuz dairəsini ələ keçirmiş, “erməni” yepiskopluğunun yepiskopu Anamiya Mokatsinin əmri ilə bu faktın kitabda öz əksini tapmasına qadağa qoyulmuşdu və onun göstərişi ilə kitabda əks olunan bəzi məqamlar “erməni”ləşdirilmişdir. Halbuki, “erməni”şünas tədqiqatçılar bildirirlər ki, albanlar xristianlığı “erməni”lərdən xeyli əvvəl (təxminən 270 il) qəbul etmişlər (bu faktı katolikos Hakiq də təsdiqləyir) və Alban katolikosluğunun sonralar ərəb işğalçılarının bir başa dəstəyi ilə katolikosluq statusu almış “erməni” yepiskopluğundan çox qədim olduğu bildirilir.

Qeyd edək ki, xristian dinindən fərqli olaraq İslam dininin yayılmasında fərdi missionerlərin təbliğat metodundan istifadə olunmurdu və yalnız ölkələrin işğalı yolu ilə yayılırdı.

«Erməni-qriqorian kilsəsi» həmişə özünün ilkiliyini və Alban kilsəsindən üstün olduğunu iddia edirdi, halbuki, Alban kilsəsi «erməni-qriqorian kilsəsi»ndən xeyli əvvəl, b.e. 74-cü ilində artıq mövcud idi. Buna baxmayaraq «erməni-qriqorian kilsəsi»nin ruhaniləri Alban kilsəsinin ruhanilərinə qarşı əsrlər boyu birincilik uğrunda mübarizə aparmışlar.

Ərəb xəlifəsi Öməyyənin fərmanı ilə Alban katolikosluğunun statusu ləğv edilərək bu statusun «erməni-qriqorian yepiskopluğu»na verilməsindən sonra yerli əhalinin siyahıya alınmasına göstəriş verərkən yerli əhalinin əsasən türkdilli tayfalardan ibarət olmasina baxmayaraq Xilafətə nökərçilik edən aramənilərin adı ilə siyahıya alınıblar.

Hələ Herodotun dövründə e.ə. V əsrdə Kiçik Asiyanın şərqində yaşayan türkdilli tayfalar bildirirdilər ki, aramənilər məskunlaşdıqları Kiçik Asiyanın şərq ərazisinə Qərbdən gəlmələrdir.

“Erməni”lərin hakimiyyət növü tarixləri boyu teokratik hakimiyyət olub. «Erməni-qriqorian kilsəsi»nin “erməni” siyasi hakimiyyətinə təsiri müstəsna dərəcədə yüksək olub və olmaqda davam edir.

Beləliklə, xristian olan albanları ərəblərin tərtib etdikləri qondarma siyahıya süni surətdə «”erməni” əhalisi» adı ilə Cənubi Qafqazın yerli əhalisi kimi qeydiyyata alıblar. Bu qondarma siyahını «tarixi mənbə» kimi əsas götürən “erməni” mənşəli tarixçilər bu günə kimi beynəlxalq ictimaiyyatı aldadaraq “erməni”ləri Cənubi Qafqazın yerli əhalisi – aborigen etnosu, azərbaycanlıları isə gəlmə etnos olduqlarını iddia edirlər.

«Erməni etnosu»nun Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən çoxsaylı amillərə əlavə olaraq bildiririk ki, rus antropoloqu V.V.Bunakın rəhbərliyi ilə hələ XX əsrin əvvəllərində Sevan (Göyçə) gölü rayonu ərazisində aparılan arxeoloji qazıntıların nəticəsinə görə müasir “erməni”lərin kəllə sümükləri həmin ərazidə dəmir əsrində (e.ə. XIV-XIII əsrlər) yaşamış insanların kəllə sümükləri ilə heç bir uyğunluğu olmadığı məlum olmuşdur.

«Erməni-qriqorian kilsəsi»nin mənafeyi tələb etdikdə həmişə yadelli işğalçılara nökərçilik edərək xaç bayrağı altında hər cür satqınlığa əl atır, öz yolu üstündə duran Albaniya və onun ayrılmaz ərazisi olan Arsax (Qarabağ) əhalisini məhv edirdi.

«Erməni-qriqorian kilsəsi» həmişə yaranmış yeni ictimai-siyasi şəraitə heyrətedici dərəcədə (lap şəraitə uyğun mutantlaşan virus kimi) uyğunlaşaraq siyasi şəraitdən asılı olaraq Səfəvilər dövləti, Bizans imperiyası, İranın Sasanilər dövləti, Ərəb xilafəti, Qızıl Orda (monqol-tatar dövləti), çar Rusiyası qarşısında öz mənafeləri naminə nökər kimi baş əyiblər.

“Erməni”lər Üç müəzzində, Gümrüdə, Zəngəzurda, Şəmsəddində, Qarabağda əvvəlcə azərbaycanlıların qoltuğuna sığınıb özlərinə yer edəndən sonra tədricən kök atdılar, virus kimi sağa-sola şaxələndilər və bir gün bu torpaqların qədim sakinlərinin bir hissəsinə qarşı soyqırım törətdilər, digərlərini isə öz el-obalarından didərgin saldılar…

(Davamı var)

NURMƏHƏMMƏD AZƏRİ

(Xüsusi olaraq “Təzadlar” üçün)

Xəbəri paylaş