8 Mart 2026 / 21:12

Təl-Əviv və Bir-Şeva şəhərlərinə, İordaniyadakı ABŞ bazasına zərbə endirdik – İran

İran İnqilab Keşikçiləri Korpusu İsrailin Təl-Əviv və Bir-Şeva şəhərlərini, eləcə də İordaniyadakı ABŞ hava bazasını yeni nəsil raketlərlə vurduğunu açıqladı.

Tezadlar.az-ın məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun bəyanatında bildirilib ki, “Əsl Vəd 4” əməliyyatının 28-ci dalğası zamanı ABŞ qüvvələrinin yerləşdiyi İordaniyadakı Əl-Əzraq (Müvəffəq Saltı) Hava Bazası bir neçə dəfə raketlərlə hədəfə alınıb.

“İşğal olunmuş ərazilərdə yerləşən Təl-Əviv və Bir-Şevadakı hərbi hədəflərə super ağır döyüş başlıqları ilə təchiz olunmuş “Habir” raketləri vurulub. ABŞ və sionist rejimin təcavüzkar və cinayətkar ordularının vəhşiliyindən sonra İran Silahlı Qüvvələrinin düşmənə qarşı hücumlarının həcmi və dərinliyi yaxın saatlarda və günlərdə artacaq və qazanc nəcib İran millətinə çatacaq”, – məlumatda yer alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!