2-ci Qərb Dairə Hərbi Məhkəməsi terrora haqq qazandırmaqda ittiham olunan jurnalist Nadejda Kevorkovanın həbs müddətini uzadıb.
Tezadlar.az bu barədə TASS-a istinadən məlumat verib.
“Nadejda Kevorkovanın həbs qətimkan tədbiri mayın 10-dək uzadılıb”, – məhkəmədə elan edilən qərarda deyilir.
Kevorkova Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya internetdən istifadə etməklə terrorçuluğu təbliğ etmək) ilə ittiham olunur. Jurnalist öz Telegram kanalında Orxan Camalın Nalçikə hücumla bağlı mətnini dərc etməkdə ittiham olunur. İkinci epizod onun 2021-ci ildə Taliban hərəkatının fəaliyyətinə haqq qazandırması ilə bağlıdır.
1997-ci ildən Kevorkova “Nezavisimaya qazeta” ilə əməkdaşlıq edir və ABŞ-da xüsusi müxbir olub. Livan, Əfqanıstan, Pakistan, İran, İraq, Türkiyə, Sudan, Suriya, Qəzza zolağı və Şimali Qafqazda müxbir kimi çalışıb. Jurnalist din mövzusunda ixtisaslaşıb. 2010-cu ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatına namizəd olub.
ELBAR