Əsas məzmuna keç

Ticarət mərkəzində qanlı mübahisə

“Sədərək” Ticarət Mərkəzində bıçaqlanma olub.

Tezadlar.az xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.

İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…