Əsas məzmuna keç

Ticarət mərkəzində yanğın

İranın paytaxtı Tehranın qərbində yerləşən Arguvan Ticarət Mərkəzində yanğın baş verib.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Arguvan Ticarət Mərkəzində baş verən yanğından çıxan tüstü şəhərin uzaq yerlərindən görünürdü.

Binada olanların təxliyə edildiyi və yanğınsöndürənlərin yanğını söndürmək üçün səylərini davam etdirdiyi bildirilib.

Yanğının səbəbi və ya itki olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…