Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çinin Çonçin şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, aramsız yağışların səbəb olduğu sürüşmə yerli vaxtla səhər saat 9 radələrində Hancia mikrorayonunda baş verib. Nəticədə, dağın ətəyində yerləşən 10-dan çox yaşayış binası dağıntı və palçıq axını altında qalıb. Axtarış işlərinin gedişində 10 nəfər xilas edilib, 8 nəfərin meyiti tapılıb. Hazırda axtarış-xilasetmə işləri davam edir.
Sürüşmədən sonra ərazidə 2-ci səviyyədə geoloji fəlakət vəziyyəti elan olunub. Təbii fəlakət bölgəsindən təxminən 1100 nəfər təxliyə edilib.