Əsas məzmuna keç

Tovuzda ağır yol qəzası

Tovuzda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

“Tezadlar” xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində baş verib.

Belə ki, “Prius” markalı maşın “Opel” markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Xəsarət alanlar şəxslərin taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…