Bu gün Ağdaş rayonunda yük maşını traktorla toqquşub, xəsarət alan var. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, hadisə bu gün 08:00 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində qeydə alınıb. Məlumata görə, “Mercedes” markalı yük avtomobili və traktorun toqquşması nəticəsində traktorun sürücüsü, 27 yaşlı Ucar rayon sakini Şamil Mahmudov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Traktor “Kamaz”a kəllə vurdu və…






