Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Amerika hökumətinin İran neftini ələ keçirə biləcəyini etiraf edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri ilə telefon müsahibəsindən sonra “NBC News” məlumat yayıb.
Qeyd olunur ki, Tramp hazırda bu məsələnin müzakirəsini vaxtından əvvəl hesab edir.
Bir müddət əvvəl Enerji Dominantlığı üzrə Milli Şuranın icraçı direktoru Carrod Eygen ABŞ-ın İran neft ehtiyatlarını ələ keçirmək planlarını açıqlamışdı.
O, vurğulamışdı ki, “Bizim etmək istədiyimiz şey İranın geniş neft ehtiyatlarını terrorçuların əlindən almaqdır”.
Daha əvvəl Tramp ABŞ və Venesuela arasındakı əməkdaşlığa bənzər şəkildə Vaşinqton və yeni İran hökuməti arasında neft hasilatı sahəsində əməkdaşlıq təklif etmişdi.
E.ŞİRİNOV