Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İranı ABŞ-a çata bilən güclü raketlər hazırlamaqda günahlandırdı və ölkənin öz nüvə silahlarına sahib olmasına icazə verməyəcəyinə söz verdi.
Tezadlar.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, o, bu açıqlamanı Konqresdəki çıxışında edib.
O qeyd edib ki, ABŞ hazırda İranla danışıqlar aparır.
“Mən bu məsələni diplomatik yolla həll etməyə üstünlük verirəm, amma bir şey dəqiqdir: Mən heç vaxt dünyanın əsas terror sponsoru olan, şübhəsiz ki, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm”, – deyə Tramp əmin edib.
E.ŞİRİNOV