Əsas məzmuna keç

Tramp İranın danışıqlar təklifinə ikinci dəfə rədd cavabı verdi

Ötən gün İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin Livan korpusunun müvəqqəti komandiri Davud Əlizadə Tehranda endirilən hava zərbəsi nəticəsində öldürülüb. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinə (IDF) məlumat yayıb. Qeyd olunur ki, Əlizadə 2024-cü ilin aprelində Dəməşqdə İsrailin zərbəsi nəticəsində öldürülən Məhəmməd Rza Zahidinin yerinə Livan korpusuna rəhbərlik edirdi və “Livana cavabdeh ən yüksək rütbəli iranlı komandir” hesab olunurdu. İsrail ordusunun açıqlamasında bildirilir ki, Livan korpusu “Hizbullah”la İran rəhbərliyi arasında əlaqəni təmin edir, təşkilatın silahlanmasını dəstəkləyir və SEPAH rəhbərliyi ilə “Hizbullah”ın ali rəhbərliyi arasında əlaqələndirici rol oynayır.

Xatırladırıq ki, İran rəsmilərinin ikinci dəfədir Trampla danışıqlara cəhdi rədd edilir, Tramp yenə də “Artıq çox gecdir!” deyərək hərbi əməliyyatların sonadək davam edəcəyini bəyan edib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…