Əsas məzmuna keç

Tramp İranın yeni lideri üçün tələbləri açıqladı

Vaşinqton İranın yeni liderini, hətta dindar olsa belə, qəbul edəcək, bir şərtlə ki, ABŞ, İsrail və digər Yaxın Şərq ölkələrinə yaxşı münasibət göstərsinlər.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu CNN-ə verdiyi müsahibədə bildirib.

“Ədalətli və dürüst bir lider olmalıdır. O, əla iş görəcək. O, ABŞ və İsrailə, eləcə də digər Yaxın Şərq ölkələrinə – bizim tərəfdaşlarımıza – yaxşı münasibət göstərəcək”, – Ağ Ev rəhbəri bildirib.

ABŞ prezidentinin İranı demokratik bir dövlətə çevirməyin zəruriliyində israr edib-etmədiyi soruşulduqda, Tramp bunu təkzib edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…