Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp tanınmış amerikalı jurnalist Taker Karlsonu Vaşinqtonun İrana qarşı hərbi əməliyyatı ilə bağlı fikir ayrılığına görə tənqid edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Tramp hesab edir ki, Karlson “Amerikanı yenidən böyük et” (MAGA) prinsipini başa düşmür.
ABŞ prezidenti əlavə edib ki, jurnalist “özünü itirib”.
“Mən bunu çoxdan bilirəm, o, bizimlə deyil, o, MAGA deyil. MAGA ölkəni xilas etmək və onu yenidən böyük etmək üçündür. Bu, Amerika birincidir və Taker bu meyarların heç birinə cavab vermir. O, sadəcə bunu anlamaq üçün kifayət qədər ağıllı deyil”, – deyə Tramp bildirib.
ABŞ və İsrailin İrana qarşı əməliyyatı başladıqdan sonra Karlson Vaşinqtonun hərəkətlərini pisləyərək hərbi kampaniyanı “tamamilə iyrənc və pis” adlandırıb.
Fevralın 24-də analitik və blogçu Endryu Napolitano iddia edib ki, Karlson ABŞ prezidenti Donald Trampı İranla müharibədən çəkindirmək üçün “son cəhdini” edib.
E.ŞİRİNOV