Gözlənilməz halda ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin normal inkişaf etdiyini və Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında jurnalistlərə bildirib.
“İranla bağlı hər şey qaydasındadır – tamamilə normaldır. Biz Hörmüz boğazına tam nəzarət edirik. Biz onu idarə edirik; başqa heç kim, ancaq biz. Bizim Hərbi Dəniz Qüvvələrimiz inanılmazdır və ölkəmizdə işlər ələ gedir”, – Tramp deyib.
Tramp həmçinin Tehrana etibar etmədiyini də əlavə edib.
“Mən İrana etibar edəcək sonuncu insanam; onlar məni dəfələrlə aldatdılar. Hazırda Hörmüz boğazına tam nəzarət edirik, onlar isə onu idarə etmirlər”, – o deyib.







