6 Mart 2026 / 05:53

Tramp Ukraynanın İrandakı əməliyyatda iştirakına razılıq verdi

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin ölkənin İrandakı hərbi əməliyyatda iştirakı ilə bağlı təklifini qəbul edib.

Tezadlar.az xəbər verir ki, o, bunu “Reuters” agentliyinə verdiyi müsahibədə təsdiqlədi.

“Əlbəttə ki, mən istənilən ölkədən istənilən yardımı qəbul edəcəyəm”, – deyə Ağ Ev rəhbəri bildirib.

4 mart axşamı Zelenski qoşunlarını Yaxın Şərqə göndərmək qərarını açıqlayıb. O, ABŞ-dan dron məsələsinin həllində kömək üçün konkret bir sorğu aldığını söyləyib. “Ordumuzun lazımi imkanları var. Ukraynalı mütəxəssislər yerində işləyəcəklər və komandalar artıq bu barədə danışıqlar aparırlar”, – deyə o bildirib.

Prezident onların dəqiq harada yerləşdiriləcəyini dəqiqləşdirməyib. O bildirib ki, Kiyev İranın qonşuları, Avropa ölkələri və ABŞ ilə məsləhətləşmələr aparır.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukraynadan İranın hücumlarını dəf etməkdə Fars körfəzi ölkələrinə kömək etməsini istəyib. Onun sözlərinə görə, London İran dronlarını vurmaq üçün ukraynalı mütəxəssisləri cəlb etməyi planlaşdırır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!