Əsas məzmuna keç

TÜRKİYƏ CƏNUBİ AFRİKANIN İSRAİLƏ QARŞI BEYNƏLXALQ ƏDALƏT MƏHKƏMƏSİNDƏ AÇDIĞI İDDİAYA QOŞULACAQ

Türkiyə daha əvvəl Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi İsrailə qarşı iddiada iştirak variantlarını araşdırır.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan indoneziyalı həmkarı Retno Marsudi ilə keçirdiyi mətbuat konfransında deyib.

“Cənubi Afrika məhkəməyə müraciət etmək qərarına gəldiyi ilk gündən bu addımı dəstəklədik və inkişafları izləyirik, hüquqi baxımdan bu iddiaya necə və hansı əsaslarla qoşula biləcəyimizi öyrənmək üçün işə başladıq”, – o deyib. Yayım Türkiyə Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində aparılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…