Əsas məzmuna keç

TÜRKİYƏ İSVEÇƏ YAŞIL İŞIQ YANDIRDI- NATO-NUN BİR ADDIMLIĞINDA

Nəhayət, Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb.

Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib. Belə ki, sənədin lehinə 287 parlament üzvü səs verib. Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək. Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…