Əsas məzmuna keç

TÜRKİYƏ QLOBAL MAL İXRACATINDA REKORDU YENİLƏYİB

   Türkiyənin ticarət naziri Ömər Bolat ölkənin illik mal ixracatının 2023-cü ilin 9 aylıq dövründə 253,3 milyard dollara yüksəldiyini açıqlayıb.

  TEZADLAR.AZ xəbər verir ki, sosial media hesabından Dünya Ticarət Təşkilatının ixracla bağlı son məlumatlarını dəyərləndirən Ö.Polat yazıb: “Türkiyə qlobal ixracatdan 1,06 faiz pay alaraq rekordunu qırdı. Türkiyənin payı artdı. Dünya Ticarət Təşkilatının açıqladığı son statistik məlumatlara görə, 2023-cü ilin yanvar-sentyabr dövrünün sonunda illik məhsul ixracımız 253,3 milyard dollara yüksəldi. Türkiyə qlobal ixracda 1,06 faiz pay aldı və bununla da rekordunu yenilədi. 2022-ci ilin sonunda ölkəmizin ixracatının qlobal ixracatdakı payı 1,02 faiz idi. İnşaallah, bu gözəl xəbərlərin davamının gəlməsi arzuları ilə”.

trt

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…