Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya, Türkiyə və İranın iştirakı ilə Astana formatı çərçivəsində Suriya üzrə yeni danışıqlar dekabrın 6-da Qətərin paytaxtı Dohada keçiriləcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astana prosesini təcili bərpa etməyə çağırıb. Oxşar sorğu İranın xarici işlər naziri Abbas Araqçidən alındıqdan sonra bu cümə günü Dohada baş tutacaq Astana formatlı görüşə hazırlıqlar başlayıb”, – nəşr qeyd edir.
Eyni zamanda, material müəllifləri mənbələrə istinadən aydınlıq gətirirlər ki, Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana heç bir məlumat ötürməyib. Bu baxımdan, danışıqların konkret predmeti məsələsi açıqdır.
Bundan əvvəl “Hürriyet” qəzeti yazıb ki, Əsəd silahlıların ölkə daxilində irəliləməsi və vəziyyətin gərginləşməsi fonunda Ərdoğanla təmaslar tapmağa çalışır. Çünki Hələbdə terrorçu qrupların hücumu və Suriyada vəziyyətin gərginləşməsi Ankaranın təzyiq vasitəsi ola bilər.
E.ŞİRİNOV