Əsas məzmuna keç

Türkiyədə qanlı hadisə: hakim partiyanın üzvü, onun oğlu və qardaşı öldürüldü

Ötən gün Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon təşkilatının sədri Mehmet Direk, onun oğlu və qardaşı oğlu silahlı hücum nəticəsində öldürülüb. Tezadlar.az Haber- Türk-ə istinadla bildirir ki, hadisə vilayətin Güneykent rayonunda qəbiristanlıqda baş verib. Naməlum şəxs və ya şəxslər Mehmet Direk, oğlu Erkan Direk və qardaşı oğlu Əbu Bəkr Direkə atəş açıblar. Nəticədə hər üç şəxs həyatını itirib. Bu qanlı hadisə yerinə polis qüvvələri cəlb olunub, ərazi nəzarətə götürülüb və şübhəlilərin saxlanılması istiqamətində əməliyyata başlanılıb.

Hadisənin nə üstündə baş verdiyi həıəki məlum deyil.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…