Əsas məzmuna keç

Türkiyədən İranla müharibədə kürdlərin iştirakı ilə bağlı sərt bəyanat

Türkiyə İrandakı kürd təşkilatı PJAK-ın (Kürdüstanın Azad Həyatı Partiyası) fəaliyyətini yaxından izləyir və onun düşmənçilik hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır.

Tezadlar.az bildirir ki, “Clash Report”-a görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.

“Biz PJAK terror təşkilatının İrandakı fəaliyyətini və bölgədəki hadisələri yaxından izləyirik. Mənşəyindən asılı olmayaraq düşmənçilik hərəkətlərinə cavab vermək hüququmuzu özündə saxladığımızı vurğulayırıq”, – məlumatda deyilir.

Nazirlik PJAK kimi qrupların fəaliyyətinin etnik separatizmi alovlandırdığını və təkcə İranın təhlükəsizliyinə deyil, həm də bütövlükdə regionda sülhə və sabitliyə mənfi təsir göstərdiyini vurğulayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…