Əsas məzmuna keç

Üçtərəfli görüşün nə vaxt məntiqli olacağına aydınlıq gətirilib

Peskov Putin, Tramp və Zelenski arasında görüşün nə vaxt məntiqli olacağını belə aydınlaşdırıb.

Tezadlar.az-ın məlumatına görə, Kreml sözçüsü qeyd edib ki, üçtərəfli məsləhətləşmə “razılaşmanın yekunlaşdırılması” üçün məntiqlidir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” müxbiri Pavel Zarubinə verdiyi şərhdə qeyd edib ki, Rusiya, ABŞ və Ukrayna arasında prezidentlər səviyyəsində üçtərəfli görüş “razılaşmanın yekunlaşdırılması” üçün hətta son mərhələdə də məntiqlidir.

“Burada razılaşmalıyıq ki, üç prezidentin yalnız razılaşmaları və ya amerikalıların dediyi kimi, razılaşmanı yekunlaşdırmaq üçün görüşməsi lazımdır. Bu, yəqin ki, doğrudur”, – Kreml sözçüsü qeyd edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…