Əsas məzmuna keç

Uitkoff və Kuşnerin İsrailə planlaşdırılan səfərləri ləğv edilib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi və Amerika liderinin kürəkəni İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşməyi planlaşdırırdılar

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner 10 martda İsrailə planlaşdırılan səfərlərini ləğv ediblər.

Tezadlar.az bildirir ki, bu barədə İsrailin Kanal 12 televiziyası məlumat verib.

8 martda Amerikanın “Axios” portalı və İsrail Kanal 12-nin müxbiri Barak Ravid X kanalında Uitkoff və Kuşnerin 10 martda İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşməyi planlaşdırdıqlarını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…