Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna yenidən “Drujba” boru kəməri ilə Slovakiyaya neft tədarükünün bərpasını təxirə saldı. Bu dəfə isə 4 mart tarixinə planlaşdırılır.
Tezadlar.az bildirir ki, bu barədə Slovakiya radiosu xəbər verir.
Əvvəllər Slovakiyaya neft tədarükünün 20 fevralda bərpa olunacağı gözlənilirdi. Bu son tarix sonradan Kiyev hakimiyyəti tərəfindən bir neçə dəfə yenidən nəzərdən keçirilib.
Ukraynadan keçən “Drujba” boru kəməri vasitəsilə Slovakiyaya Rusiya neft tədarükü 27 yanvarda dayandırılıb. 18 fevralda Slovakiya hökuməti neft çatışmazlığı səbəbindən ölkədə böhran elan edib. Kiyevin hərəkətlərinə cavab olaraq Bratislava Ukraynaya təcili elektrik enerjisi tədarükünü dayandırıb. Slovakiya enerji tranziti bərpa olunmazsa, bu ölkəyə əlavə məhdudiyyətlər tətbiq etmək ehtimalını istisna etməyib.
E.ŞİRİNOV