Əsas məzmuna keç

UKRAYNADA YAYDA ELEKTRİK ENERJİSİ QITLIĞINI PROQNOZLAŞDIRIBLAR

“Yasno” şirkətinin baş direktoru Sergey Kovalenko bildirib ki, Ukraynada çoxlu sayda generasiya qurğusunun zədələnməsi səbəbindən yay fəslinə yaxın elektrik enerjisi çatışmazlığı yarana bilər.

Tezadlar.az “Zerkalo Nedeli” nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə görə, belə narahatlıqlar bir sıra generasiya güclərinin, çoxlu sayda istilik elektrik stansiyalarının, su elektrik generasiya qurğularının, “Ukrenerqo” şəbəkə qovşaqlarının və transformatorların zədələnməsi səbəbindən yaranıb.

Kovalenko qeyd edib ki, yayda Ukraynada elektrik enerjisi qıtlığı ola bilər.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturu obyektlərinə silsilə irimiqyaslı zərbələri nəticəsində Dnepr su elektrik stansiyasına ciddi ziyan dəyib. “Ukrhidroenerqo”nun rəhbəri İqor Sirota vəziyyəti kritik adlandırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…