Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 20:14

Uşağını 2916 manata satmaq istədi

Hamilə qazaxıstanlı qadın uşağını 800 000 tenqəyə (2916 manat) satmaqla qazanc əldə etmək qərarına gəlib.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Türküstan şəhərinin 24 yaşlı sakini maddi çətinliklər yaşayırmış. O, hələ hamiləlik dövründə gələcək uşağını satmaq qərarına gəlib. Bunun üçün o, sosial şəbəkə hesabında elan yerləşdirib. Orada alıcı taparaq körpəni 800 000 tenqəyə satmaq barədə razılığa gəlib.

Bu il martın 28-də qadın Pavlodar Vilayət Perinatal Mərkəzində sağlam qız uşağı dünyaya gətirib.

Məlumat əsasında prokurorlar hərəkətə keçib. Əməliyyat tədbiri çərçivəsində hərəkət edən alıcıya seriya nömrələri əvvəlcədən qeydə alınmış pul vəsaitləri verilib. Martın 31-də Pavlodar şəhərinin mənzillərindən birində qadın yenidoğulmuş uşağı tibbi sənədlərlə birlikdə alıcıya təhvil verərkən hüquq mühafizə orqanının əməkdaşları tərəfindən tutulub.

Qadın Cinayət Məcəlləsinin 135-ci maddəsinin 1-ci hissəsi (“Yetkinlik yaşına çatmayanlarla ticarət”) ilə təqsirli bilinib və ona orta təhlükəsizlik səviyyəli cinayət-icra sistemi müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhretmə cəzası təyin edilib.

Qazaxıstan Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən, təyin edilmiş cəzanın icrası 5 il müddətinə təxirə salınıb (cəzaçəkmənin təxirə salınması hamilə qadınlara, azyaşlı uşaqları olan və ya faktiki olaraq tərbiyə edən qadınlara verilir).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!