Üzeyir bəyin ölümündə günahkar kim idi?-İNANILMAZ FAKTLAR-3-CÜ HİSSƏ

…Da­hi bəs­tə­kar son gün­lə­ri­ni ya­şa­yı­rdı. Ya­nı­na gə­lib-ge­dən­lə­rin ar­­d­ı-ara­sı kə­sil­mə­diy­in­dən na­ra­hat­­ç­ılığı get-ge­də ar­tır­dı. Heç kim­lə gör­üş­mək iq­ti­da­rın­da dey­il­di. Yal­nız tək qa­lıb keç­­mi­şə boy­lan­maq, ağrı­lı-acı­lı gün­lə­­r­ini xa­tır­la­maq is­təy­ir­di. La­kin heç vəchlə asu­də vaxt ta­pa bil­mir­di… 

(Əvvəli 1-ci və 2-ci hissədə)

https://tezadlar.az/uzeyir-beyin-olumunde-gunahkar-kim-idi-inanilmaz-fakt/

https://tezadlar.az/uzeyir-beyin-olumunde-gunahkar-kim-idi-inanilmaz-fakt-2-ci-hisse/

…Xatirə dəftərini vərəqlədikcə əsəblərim gərilir. Özümü çığırmaqdan güclə saxlayıram. Üzeyir bəyə qarşı bu haqsızlıqların nədən irəli gəldiyini düşünürəm. Kimlərdir bu haqsızlıqların səbəbkarları? Peyğəmbər yaşında ömür sürmüş bu böyük sənətkara kumlərdir haqsızlıq edənlər?    Dahilərdən birinin sözünü xatırladım: “Məni dostlarımdan qoru, düşmənimlə özüm bacararam”. Dogma bildiyi tələbəsi, əsərləri ilə məşhurlaşan, müxtəlif orden və medallara layiq bilinən “professor”, ən nəhayət özünə dogma bilsə də doğmalıqdan uzaq olan “övladı”. Fikrim aydın olmaqdan ötrü böyük sənətkarın ölümünə fərman vermiş hadisələrə nəzər yetirək:

-Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasını bitirəndə 5 hissədən ibarət bir simfoniya yazır. Fvə filormoniyada yenicə bitirilmiş əsərin müzakirəsi gedir. Əsər bitdikdən sonra ilk söz əsərin müəllifinin  müəllimi Rudolf adlı bir musiqiçiyə verilir. Müəllim tələbəsinin simfoniyasını kifayət qədər tərifləyir. Sonda əyləşənlər Üzeyir bəyin fikrini bilmək istəyirlər. Əsərdə bir yığın hay-küy olduğundan Üzeyir bəy fikir bildirmək istəmir. O, heç nə demədən  filarmoniyanı tərk edir. Əsərin müəllifi Q.Qarayevi yanına çağırır və deyir ki, get əvvəl xalqın musiqisini  öyrən, sonra yaz! Əsəri nə rus, nə gürcü, nə də başqa millətin dinləyicisi başa düşə bilməz. Qara Qarayev Üzeyir bəydən atasına şikayət edir. Atası məşhur həkim olduğundan imkanı geniş idi. Oğluna qulaq asıb deyir: “Oğul, görürəm bəstəkarlıqdan bir şey çıxmayacaq, nə qədər canım sağdır, gəl səni medinstituta (oxu: tibb institutu) qoyum, həkim ol. Qara atası ilə razılaşmır, Bəstəkar olacağını bildirir… Atası ilə razılaşmayan Qara respublikanın başçısı Mir Cəfər Bağırova şikayət edir və göstərir ki, Ü.Hacıbəyov kadrları irəli çəkmir.

Bir qədər keçdikdən sonra Q.Qarayev Cövdət  Hacıyevlə birgə  opera yazır. Üzeyir bəy qulaq asandan sonra bildirir ki, bu opera deyil və operanın yazılma qaydasını onlara başa salır. Lakin  Q.Qarayev bəstəkarın sözünə  məhəl qoymur. Opera birinci dəfə səhnəyə qoyulanda kifayət qədər tamaşaçı yığılır. İkinci dəfə 45, üçüncü dəfə isə 12 nəfər tamaşaçı gəlir. O zaman M.C.Bağırova aydın olur ki, əsər səhnə əsəri deyil…

***

…Böyük Vətən Müharibəsi zamanı Konservatoriyanın binası qospital edildiyinə görə müəllimlər dərsi evlərində keçirdilər. Müharibədən sonar isə müəllimlər artıq dərsi Konservatoriyada keçməli oldular. Müəllimlərdən fərqli olaraq müğənni Bülbül dərsi yenə də evində keçirir. Bülbülün tələbələrini müşayiət edən Kazlov adında bir fortapianoçu yağışlı günlərin biri evə daxil olanda ayaqqablarını həmişəki kimi silib içəri keçir. Təsadüfən ayaqqabının ləkəsi parketin üstündə qalır. Bu vəziyyəti görən müğənni Kozlovun qolundan tutub qapıya tərəf aparır və demək istəyir ki, get ayağını sil gəl. Bülbülün bu hərəkətinə dözməyən Kazlovun ürəyində ağrılar tutur. Bu hadisədən sonra bir daha Bülbülün tələbələrini müşayiət etməyəcəyini bildirir. Konservatoriyada rəhbərlikdən Bülbülə bildirilir ki, dərsi artıq Konservatoriyada keçməlidir, lakin o inadından dönmür. Bu zaman Konservatoriyanın direktoru olan Üzeyir bəyə izahatla müraciət olunur. Üzeyir bəy də Bülbülü Konservatoriyada dərs deməyə çağırır. Lakin direktorun müraciətinə rədd cavabı gəlir. Nəticədə Üzeyir bəy onu əmrlə Konservatoriyadan azad edir.

***

Qeyd edim ki, o zaman Bülbülün bir professor kimi məvacibi Konservatoriyada 1000 manat idi. Bülbül Üzeyir bəydən acıq çıxmaqdan ötrü “Koroğlu” operasında oynamayacağını bildirir. Üzeyir bəy də əhvalını pozmadan “bundan sonra bu operada oynamağını sənə etibar etmərəm”-deyə bildirir. Nəticədə Bülbül M.C.Bağırova şikayət edir. Ölkənin başçısı da Üzeyir bəyin verdiyi əmrdən razı qalmış və demişdir: “Bu haçanın professorudur?…”.

Qeyd edim ki, Hökümə xanım gənc yaşlarında bir müddət filormoniyada işləmişdi. Həmin ərəfədə kamança çalan rəfiqəsi ilə qol-qola gedərkən söhbəti bərk alınır. O zaman Niyazi filormoniyanın rəhbəri idi. Rəfiqələrin gülə-gülə söhbət edərkən səsləri bir qədər bərk alınır. Niyazi gənclərin yüksək tonda danışdığına əsəbləşir və onlara üzünü tutub sərt şəkildə “Mədəniyyətiniz olsun, küçədə yavaş danışın”- deyir. Bu sözdən özlərini təhqir olunmuş hesab edən Hökümə xanım dönüb Niyaziyə “Əcəb eləmişəm” deyə cavab qaytarır.

Bundan sonra Niyazi hər addımbaşı onu aşağılandırmağa çalışır. Buna nail ola bilməyəndə o əmrlə H.Nəcəfovaya töhmət verir. Bu haqsızlığa dözə bilməyən qızcığaz Üzeyir bəyə şikayət edir və bu mənfi münasibətin necə yarandığını ətraflı şəkildə bəstəkara bildirir. Üzeyir bəy  “Eybi yoxdur, sabah filormoniyada balaca müşavirəmiz var, deyərəm ona…”-bildirir.

Sabahı gün müşavirədə Üzeyir bəyin Niyazi ilə sözləri çəp gəlir. Sonda Niyaziyə “Niyə heç bir əsas olmadan H.Nəcəfovaya töhmət vermisən?”-deyir. Niyazi: “Hökümə kimdir, mən kiməm?” Yəni Hökümə yaddır, mən qohum.

Xatirədə qeyd edilir ki, Niyazi Üzeyir bəyin qardaşının ögey oğludur. Bunun nə qədər doğru olub-olmadığını deyə bilmərəm, lakin keçən əsrin 70-ci illərində Niyazinin afişalarında soyadı Tağızadə-Hacıbəyov yazılırdı. Nə isə…

***

Bundan sonra Niyazi də Üzeyir bəydən acıq çıxmaqdan ötrü M.C.Bağırova şikayət edir. Onu qəbul etmək üçün teleqram vurur. Bu hadisədən sonra M.C.Bağırov Üzeyir bəyi yanına çağırır və ona necə möhkəm acıqlanırsa, Mərkəzi Komitədən çıxanda Üzeyir bəyi paralic vurur.

Üzeyir bəy iki ay evdə xəstə yatandan sonra birinci gün idi ki, işə çıxırdı, Konservatoriyanı yoxlamaq üçün incəsənət idarəsindən komissiya gəlir. İncəsənət idarəsinin vəzifəsinə vaxtilə prokuror işləmiş  bir şəxs başçılıq edirdi. (Maraqlıdır prokuror hara – incəsənət hara).  Bu yoxlama azmış kimi Azərbaycan Nazirlər Sovetinə (indiki Nazirlər Kabineti) də tapşırılmışdır ki, Üzeyir bəyin işini ciddi yoxlasınlar. Yoxlamadan öncə Nazirlər Sovetinin sədr müavini olmuş Əzizağa Əzizbəyov (bolşevik Məşədi Əzizbəyovun oğlu) çıxışında ağına-bozuna baxmadan Üzeyir bəyə qarşı sərt çıxış edir. Çıxış zamanı  müşavirədə Üzeyir bəyin olmadığını gördükdə daha da əsəbləşir. Üzeyir bəy onun hədyan çıxışına fikir verməyib zalı tərk edibmiş. Bu zaman Nazirlər Sovetindən tapşırılır ki, Üzeyir bəy işə çıxan kimi Konservatoriya ciddi yoxlanılsın və nöqsanları üzə çıxartsınlar. Komissiyada Bülbül aktiv iştirak edir. Üzeyir bəy evə qayıdandan sonra halı pisləşir. Moskvanın Kreml xəstəxanasında 8 ay yatır. Evə qayıdandan 2 ay sonra vəfat edir.

  Beləcə, 23 noyabr 1948-ci ildə Üzeyir bəyin dəfn günü təyin olunur.

Üzeyir bəy peyğəmbər yaşında dünyasını dəyişir… Dəfn mərasimində bütün Azərbaycan iştirak edirdi. Cənazəni Elmlər Akademiyasının əsas binasının böyük salonuna qoymuşdular. Payız olmasına baxmayaraq hava çox yaxşı idi. Əklillərin sayı-hesabı bilinmirdi…  Onu akademiyanın binasından götürdülər. Akademiya gül çələnginə bürünmüşdü. Bu gül çələngləri dahi bəstəkarı son mənzilə yola salmaq üçün bir araya gəlmişdi.  Kədər-qəm artdıqca, elə bil yer-göy, ətraf bütün aləm ağlayırdı. Akademiyanın salonunda Bülbül Üzeyir bəyin “Sənsiz”ini oxuyurdu.

“Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz…”  

Bu zaman Azər­bayca­nın o vaxt­kı başçısı M.C.Bağırov içəri daxil olur. Gözlənilmədən Mir Cəfər Bağırovun qəzəbli səsi guruldayır… O, Bülbülün Üzeyir bəyin “Sənsiz” romansını oxumağını eşidib deyir: “Onun səsini kəsin! Kişini öldürdülər, indi də onun “Sənsiz”ini oxuyur”.

Mah­nı­nı oxuy­an Bülbül ix­tiyar­sız ola­raq su­sur və qor­xu­dan  rə­n­gi sa­ra­lır. Ay­ağü­stə  elə bil ke­çi­nib­miş. Yəqin Bağırov özü də Üzeyir bəyə vurduğu zərbədən peşman olubmuş.

Başda M.C.Bağırov olmaqla başqa rəhbər işçilər bəlkə axırıncı dəfə günahlarının bağışlanması və yaxud ehtiramlarını bildirmək üçün tabutun altına girib Üzeyir bəyi son mənzilə yola salmağa gəlmişdilər. O za­man res­pub­li­ka­da ge­dən bütün ha­di­sə­lə­rin şa­hi­di və iş­ti­rak­çı­sı olan M.C.Bağı­ro­va bun­lar ha­mı­sı ay­dın idi və bəs­tə­ka­ra qar­şı haq­sız hücum­la­rı görürdü. Görünür “Cəl­lad” ki­mi qə­lə­mə ve­ri­lən ka­ti­bin son an­da da­xi­li vicda­nı onu bu ad­dı­mı at­mağa vadar edirdi…

İllər keçəcək, amma həmin o üç şəxs bilməyəcək ki, təhsil aldıqları və hər gün dərs dedikləri musiqi ocağı dahi bəstəkarın adını daşıyacaq…

Allah rəhmət eləsin!

Aslan KƏNAN,

Tədqiqatçı

(Xüsusi olaraq “Təzadlar” üçün)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.