Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın “Sara Vagenknext Ağıl və Ədalət Birliyi” (BSW) partiyasının təsisçisi kansler Fridrix Mertsi sərt tənqid edərək onu ikiüzlülükdə günahlandırıb. Siyasətçi bildirib ki, ABŞ-ın Almaniya ərazisindəki hərbi obyektlərindən İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməsinə icazə verməklə, Almaniya hökuməti faktiki olaraq ölkəni silahlı münaqişəyə sürükləyir və onu cavab zərbələri üçün qanuni hədəfə çevirir.
“Məqbul olan və olmayan bombalar varmı? “Mertsin nümayiş etdirdiyi bu ikili standart Almaniyanın beynəlxalq səhnədəki nüfuzuna xələl gətirir”, – Tezadlar.az xəbər verir ki, Vagenknext özünün sosial media səhifəsində yazıb.
Onun fikrincə, bazalardan beynəlxalq hüququ pozan təcavüz üçün bir platforma kimi istifadə Almaniyanı müşahidəçidən gərginliyin birbaşa iştirakçısına çevirir.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail silahlı qüvvələri İslam Respublikasına qarşı genişmiqyaslı hərbi kampaniyaya başladılar. Tehran da daxil olmaqla, ölkənin ən böyük şəhərləri hədəfə alındı. ABŞ administrasiyası öz hərəkətlərini Tehrandan gələn raket və nüvə təhdidini neytrallaşdırmaq ehtiyacı ilə izah etdi.
Hücumlar nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və bir neçə digər əsas şəxs də daxil olmaqla, İranın ən yüksək siyasi rəhbərliyi öldürüldü. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsrail ərazisinə kütləvi hücum etdi və həmçinin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən Amerika hərbi obyektlərinə hücum etdi.
E.ŞİRİNOV