“Venetsiya”nın zəhərlədiyi 51 adamın vəziyyəti yaxşı deyil…

Oxunma sayı: 596

Xətai rayonunda yerləşən “Venetsiya” şadlıq evində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 5o- dən çoxdur. Onların vəziyyətinin yaxşı olmadığı deyilir, hadisə şahidlərindən birinin “Təzadlar”a verdiyi məlumata görə, toyda soyuq salatların köhnə olmasına əvvəldən şübhələr olub: “Hiss edirdik ki, salatlar köhnədir və iyindən bunu hiss edirdik… Zəhərlənənlərin çoxunun kişi cinsindən olduğunu nəzərə alsaq, bu araqdan da ola bilərdi…”.

TƏBİB-dən isə “Təzadlar”a bildirilib ki, “…bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb”.

Diqqət edin, 51 nəfərin yanlız biri evə buraxılıbsaş demək, qalanların vəziyyəti yaxşı deyil…

Digər bir məlumata görə, Xətai rayon Prokurorluğunda da araşdırmalara başlanılıb.

“Təzadlar”

Xəbəri paylaş