Əsas məzmuna keç

Xaçmazda oğurluq etməkdə şübhəli bilinən saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən N.İsgəndərov saxlanılıb.

Bu barədə Tezadlar.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlayıb. O, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…