8 Mart 2026 / 09:33

Xameneinin ölümündən sonra İranın hakim elitası arasında uçurum yaranıb

ABŞ və İsrailin İranın yüksək vəzifəli məmurlarına hücumlarından və Ali Lider Əli Xameneinin ölümündən sonra İran hökuməti daxilində fikir ayrılıqları getdikcə daha da artmaqdadır.

Tezadlar.az bildirir ki, “Reuters” bu barədə ölkə rəhbərliyinə yaxın bir mənbəyə istinadən məlumat verir.

Qeyd olunur ki, ölkənin hakim elitasında uçurum uzun müddət Xameneinin hakimiyyəti dövründə yatırılıb, lakin daxili çəkişmələr ötən həftə yenidən alovlanıb.

Agentlik iddia edir ki, Xameneinin oğlu Müctəba onun yerinə namizəd kimi görünsə də, onun mövqeyi hələ də qəti deyil. “Onun əhəmiyyətli siyasi təcrübəsi yoxdur və dini rütbəsi əksər ayətullahlardan aşağıdır. Bundan əlavə, o, sistemin mülayim qanadının dəstəyini təmin edə bilməyib”, – “Reuters” yazır.

Daha əvvəl Müctəba Xameneinin hücuma məruz qaldığı bildirilirdi. O, yaralanıb, lakin sağ qalıb. Martın 6-da Müctəba Xameneinin Tehrandakı iqamətgahına gecə hücum edildiyi bildirildi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!